Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb – RƏSMİ

12:00 - 07 / 10 / 2019
Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb – RƏSMİ

Xalq artisti Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb.

1news.az-ın verdiyi xəbərə görə, o, hazırda Respublika Diaqnostika Mərkəzində müalicəsini davam etdirir.

Mərkəzdən bildirilib ki, O.Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub: "İnvaziv kardioloq Şahin Xəlilov tərəfindən Ofeliya Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib.

Hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.

Yaxın günlərdə evə yazılması planlaşdırılır".

S.Xankişiyeva

 

 

 

Paylaş:
552

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər