The Jazz Club: Bakıda cazın yaşadığı yer – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

The Jazz Club: Bakıda cazın yaşadığı yer – FOTO – VİDEO

12:30 - 07 / 10 / 2019
The Jazz Club: Bakıda cazın yaşadığı yer – FOTO – VİDEO

Caz, 20-ci əsrin əvvəllərində yaranan və bu günə qədər dünyanın hər yerində aktual və sevilən bir musiqi növüdür.

Bu musiqi sənəti Afrika ritmlərinin, Avropa ahəngdarlığının təsiri altında afro-amerikan folklor elementlərinin iştirakı ilə inkişaf edib və səsləri ilə dinləyicinin ürəyini hər zaman titrətmiş və dondurmuşdur.

Cazın əsasını dinləyicini ilk notlardan həvəsləndirən canlı musiqi və vokal improvizasiyadır. Lakin caz ilk növbədə hər kəsin musiqisi deyil, çünki cazı dinləyən və sevən mütləq musiqini yaxşı bilir və nəinki yaxşı musiqi zövqünə, həm də ümumilikdə həyat zövqünə malikdir.

Müasir caz musiqisində bir çox üslub mövcuddur, bunların arasında muğam ənənələrinə əsaslanan Azərbaycan cazı qabarıq şəkildə nəzərə çarpır - onun yaradıcısı əfsanəvi cazmen Vaqif Mustafazadədir, Yeni Orlean ritmləri və Azərbaycan musiqi ənənələrini özündə birləşdirən, etno-caz və caz-muğam kimi Azərbaycan dinləyicilərinin sevimli musiqi istiqamətlərinə başlanğıc verən ilk şəxsdir.

Bu gün böyük cazmen Vaqif Mustafazadənin işi müasir Azərbaycan musiqiçiləri və vokalçıları tərəfindən fəal şəkildə davam etdirilir və inkişaf etdirilir, onlar üçün caz təkcə musiqi deyil, həm də həyat tərzidir. Və əgər siz cazı sevirsinizsə, o zaman məhz elə The Jazz Club – müasir və ya klassik bir performans ilə canlı caz musiqisindən zövq alacağınız yerdir.

Cazın Bakıda yaşadığı yer – The Jazz Club üçün daha yaxşı bir təsvir yazmaq olmaz. Bu ifadə, Azərbaycan paytaxtının caz mərkəzinə çevrilən və maraqlı musiqi proqramı sayəsində inamla mövqe tutan bir yeri ideal şəkildə xarakterizə edir; burda həm də musiqiyə əla bir bonus olan ləzzətli menyu və peşəkar xidmət də mövcuddur.

The Jazz Club-da yalnız caz musiqisinin həqiqi biliciləri yox, həm də yüksək keyfiyyətli səsi qiymətləndirənlər tapılır ki, bu da, incə musiqi zövqü olan insanların axşamlarını canlı və caz improvizasiyalarının rahat və səmimi atmosferində keçirmələri üçün bu məkanı daha da cəlbedici edir.

Ən yüksək keyfiyyətli caz musiqisi əsl caz ruhu ilə dolu və bənzərsiz atmosferə malik The Jazz Club-da səslənir. Burada həmçinin, qonaqları daima maraqlı və qeyri-adi tədbirlərlə də sevindirirlər.

Ən yaxın tədbirlərdən biri də 11 oktyabrda baş tutacaq Braziliya stilində “Tropikalia & Bossa” partisidir.

Canlı Braziliya musiqisi, Rio-de-Janeyronun tropik atmosferi, bossa nova və samba ritmləri, ekzotik dekorasiya, Braziliya mətbəxinin ən yaxşı və ən ləzzətli yeməkləri və ekzotik kokteyllər - bu, hər kəsin səbirsizliklə gözlədiyi bu tədbirdə baş tutacaq.

Qeyd edək ki, Tropicalia & Bossa partisində yerlərin sayı məhduddur – rezervasiya üçün +99455 4007 007 nömrəsi ilə əlaqə saxlayın;

Qarşıdakı parti ilə bağlı bütün məlumatları bu linkdən əldə edə bilərsiniz.

The Jazz Club haqqında daha ətraflı məlumatı aşağıdakı əlaqə nömrələrindən əldə edə bilərsiniz:

+994 (51) 2507498 və +994 (12) 5654848 - bron da eyni nömrələrdə edilir.

"The Jazz Club" instaqramda- @thejazzclub_fairmont

Müəssisə haqqında daha ətraflı məlumatı burada əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

 

Paylaş:
1402

Son xəbərlər

Bütün xəbərlər