Sümük xərçəngi olan 12 yaşlı Albinanın sağalma şansı var, lakin ailənin pulu yoxdur – FOTO

12 yaşlı Albina osteosarkomadan (sümük xərçəngi) əziyyət çəkir.
Bu barədə onun valideynləri yaxın zamanda xəbər tutublar. Beləki qızcığazın ayaqlarında güclü ağrılar olurdu. Albina baletlə məşğul olduğu üçün ilk növbədə valideynlər bu ağrıların adi zədə olduğunu düşünüblər. Lakin ağrıkəsicilərin heç bir nəticə vermədiyini gördükdə həkimə müraciət etməli olublar.
Bundan sonra ailənin qara günləri başlayır. Albinanın anası Tatyana xanım Facebook sosial şəbəkəsində səhifə açaraq qızının vəziyyətilə bağlı paylaşımlar edir. Sosial şəbəkədə çarəsiz ana qızının müalicəsi üçün lazım olan məbləği də qeyd edib.
Dünən Albinanın anası yeni xəbər paylaşıb. Hazırda Albina Türkiyədə, İstanbuldakı Gaziosmanpasha klinikasındadır:
“Təəssüflər olsun ki, qızıma qoyulan diaqnoz öz təsdiqini tapdı. Albina sümük xərçəngidir. Lakin bizi ümidləndirdilər ki, onun xəstəliyi ilkin mərhələdədir. Həkimlərin dediyinə görə, lazımi müalicə alarsa Albinanın sağalmaq şansı var. Bu da bizi ümidləndirdi. Bakıya qayıda bilmədik. Çünki Albinanın güclü ağrıları başladı. Burada klinikada ona ağrıkəsicilər edirlər və ona rahatdır.
Həkim qızımın müalicəsilə bağlı mərhələləri bildirib: 10 həftə kimya terapiyadan sonra onkoloji xəsətliklərin təyini üçün bədənin bütün müayinəsi prosesindən keçərək, daha sonra sümüklərin hissəvi şəkildə dəyişdirilməsi əmiyyatı aparılacaq. Bundan sonra isə orqanizmin vəziyyətindən asılı olaraq yenidən kimya terapiyasının lazımlılığa təyin ediləcək.
Həkimlər bizi Albinanın sağalma şansı ilə bağlı çox ümidləndirdilər. Çünki xəstəlik ilkin mərhələdədir. Hələ ki, osteosarkoma onun orqanzimini zədələməyib, sadəcə ayaqlarındadır.
Hər şey pula bağlıdır. Klinikada müalicə üçün 120 min dollar istəyiblər. Bu rəqəm bizim ailə üçün olduqca böyükdür. Albinanın sağalması üçün indiyə qədər bizə yardım edən hər kəsə minnətdaram. Hazırda onun adına açılan hesabda 4 min dollar və 21 min manat var. İnanıram ki, qızımın sağalması üçün lazımi məbləği toplaya biləcəyik”.
Kömək əlini uzad biləcək hər bir kəsə üz tuturuq. Xahiş edirik, balaca Albinanın sağalması üçün bir neçə manatınızı əsirgəməyin, bu məqaləni sosial şəbəkələrdə yayaraq onun sağalmasına vəsilə olun. Yaşı az olsa da həyatın vurduğu zərbəyə baxmayaraq təbəssümünü itirməyən bu qızcığaza yardım etməyə vaxt ayırın.
Evdən çıxmadan onlayn şəkildə də yardımınızı edə bilərsiniz. Million.az ---> bank xidmətləri ---> KapitalBank kart hesabının artırılması və 4169 7413 6650 4262 bu hesaba daxil olaraq ödəniş edə bilərsiniz.
Hesaba daxil olan bütün vəsaitlər gündəlik olaraq Albinanın adına açılmış sosial şəbəkədə qeyd olunur. Qrupda isə onun tibbi sənədlərinin skrini ilə tanış ola bilərsiniz.
Xahiş edirik bu ailənin düşdüyü çarəsizliyə biganə yanaşmayın. Sadəcə bir paylaşım etməklə onun həyatını xilas edə bilərsiniz.
Əl tutmaq Əlidən (imam) qalıb!







Tərcümə: S.Xankişiyeva