Bəhreyn - Azərbaycan oyununun hakimləri məlum oldu | 1news.az | Xəbərlər
Futbol

Bəhreyn - Azərbaycan oyununun hakimləri məlum oldu

16:21 - 09 / 10 / 2019
Bəhreyn - Azərbaycan oyununun hakimləri məlum oldu

Bu gün millimizin Bəhreynlə keçiriləcək yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, matçı omanlı hakimlər briqadası idarə edəcəklər. Görüşün baş hakimi Əhməd Əl-Kafa olacaq. Yan xətdə ona Əbu Bəkr Əl-Omari və Rəşid Əl-Qayti kömək edəcək. Bəhreynli İssa Abdulla isə dördüncü hakim kimi iş başında olacaq.

Qeyd edək ki, Ər-Rifa şəhərindəki Bəhreyn Milli Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq

1news.az

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər