Azercell-dən gözəl nömrələrə xüsusi kampaniya! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-dən gözəl nömrələrə xüsusi kampaniya!

16:00 - 11 / 10 / 2019
Azercell-dən gözəl nömrələrə xüsusi kampaniya!

Ölkənin telekom bazarında ən sərfəli təkliflər ilə seçilməyi hədəfləyən “Azercell Telekom” MMC, internet və danışıq xidmətlərində yeni imkanlar yaratmağa davam edir.

Şirkət oktyabr ayının 10-dan başlayaraq, “Özəl tarifli gözəl nömrələr” kampaniyasını təqdim edir. Azercell rəqəmsal dünyanın bir çox imkanlarını özündə birləşdirən GəncOL6, Sərbəst10, Sərbəst15 tarif paketlərinin birinə qoşulmaqla, fakturasız xətt sisteminə aid gözəl nömrəni ən əlverişli şərtlər ilə əldə etmək üçün əvəzolunmaz fürsət yaradır. Şirkət müştərilərin seçdiyi gözəl nömrədən asılı olaraq, GəncOL6, Sərbəst10 və ya Sərbəst 15 tarif paketlərindən 6 və ya 12 ay ərzində pulsuz yararlanmaq üçün müstəsna imkan təklif edir. Kampaniya çərçivəsində təqdim edilən nömrələrin siyahısı ilə www.azercellim.com saytında tanış olmaq mümkündür. Təklifdən yararlanmaq üçün Azercell rəsmi diler dükanlarına müraciət etmək kifayətdir.

Azercell-dən yaddaqalan gözəl nömrəni ən sərfəli şərtlər ilə əldə etmək fürsətini qaçırmayın!

Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/numbers səhifəsinə daxil olun

Sərbəst tarifləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/prepaid/serbest/ səhifəsinə daxil olun

GəncOL6 tarifi haqqında ətraflı məlumat üçün http://www.gencol.az/ səhifəsinə daxil olun

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
1000

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər