Aşqabadda MDB dövlət başçılarının sammiti keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Aşqabadda MDB dövlət başçılarının sammiti keçirilir

11:08 - 11 / 10 / 2019
Aşqabadda MDB dövlət başçılarının sammiti keçirilir

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB üzvü olan ölkələrin liderlərinin sammiti başlayıb.

Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Sammitdə MDB çərçivəsində əməkdaşlığın inkişafına dair aktual məsələlər, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılacaq.

Bundan başqa, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin səlahiyyətlərinin daha 3 il müddətinə artırılması məsələsinə baxılması da gözlənilir.

Eyni zamanda, 2020-ci ildə MDB-də sədrlik məsələsi müzakirə olunacaq. 2020-ci il yanvarın 1-dən MDB-yə Özbəkistanın sədrlik etməsi nəzərdə tutulur.

Dövlət başçıları gündəlikdə duran digər məsələlər barədə də fikir mübadiləsi aparacaq, cari məsələlərə baxacaqlar.

APA

S.Xankişiyeva

 

Paylaş:
933

Son xəbərlər

Bütün xəbərlər