Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb – FOTO

14:30 - 16 / 10 / 2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb – FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") Şəmkir rayonunda fəaliyyətə başlayıb. Bununla da Gəncə-Qazax iqtisadi rayonu üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 2-yə, ölkə üzrə isə 18-ə çatıb.

1news.az-ın verdiyi xəbərə görə, oktyabrın 16-da KOBİA-nın təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir rayonunda "KOB Dostu"nun fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib. Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə məlumat verilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. "KOB Dostu" tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstəriləcəkdir. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov "KOB Dostu" şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

Sonra “KOB Dostu” mexanizmi barədə təqdimat keçirilib.

Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub, sahibkarların bu dəstəkdən yararlanmaq üçün KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb.

Tədbirin sonunda sahibkarlar Şəmkir Gənclər Mərkəzində fəaliyyət göstərən “KOB Dostu” ofisi ilə tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.

Həmin gün həmçinin, KOBİA-nın dəstəyi ilə Şəmkir rayonunun Sarıtəpə kəndində istixana təsərrüfatı fəaliyyətə başlayıb. “Azaqro” MMC-yə məxsus istixananın fəaliyyətinin genişləndirilməsi üçün KOBİA tərəfindən konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, dövlət dəstəyi mexanizmləri haqqında məlumatlandırma və onlara çıxış kimi istiqamətlərdə dəstək göstərilib.

Layihə investisiya təşviqi sənədi əsasında reallaşdırılıb. Layihəyə 2,3 milyon manat həcmində investisiya yatırılıb. Hollandiyanın “Çerthon” şirkətinin layihəsi üzrə yaradılmış istixanada innovativ texnologiyalar əsasında 1 hektar sahədə gül yetişdirilir. Təsərrüfatın illik istehsal gücü 1,5-2 milyon ədəd gül təşkil edir. İstixana təsərrüfatı qeyri-neft ixracının artmasına, regionda məşğulluğun təmin edilməsinə də öz müsbət töhfəsini verəcəkdir. Burada yetişdirilmiş güllər daxili və xarici bazarda (Gürcüstan, Rusiya) satılacaqdır. İstixana təsərrüfatında 30 nəfər yerli sakin işlə təmin edilib.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov KOBİA-nın dəstəyinin layihənin uğurla reallaşmasında əhəmiyyətli olduğunu, Şəmkir rayonunda “KOB Dostu”nun fəaliyyətə başlamasının rayonda fəaliyyət göstərən sahibkarlara dəstək olacağını qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu qeyd edib, bu istiqamətdə reallaşdırılan dövlət dəstəyi tədbirləri, Agentliyin fəaliyyəti barədə məlumat verib. İstixana təsərrüfatının yaradılmasının KOB sektorunun inkişafında əhəmiyyətli olduğunu qeyd edən Orxan Məmmədov KOB-lara və onların layihələrinə davamlı olaraq dövlət dəstəyinin göstərildiyini və bunun davamlı olacağını diqqətə çatdırıb.

S.Xankişiyeva

 

 

 

Paylaş:
855

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər