Nərimanovda qadınlar dava edib, 1 nəfər xəsarət alıb

Bakının Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən əlbəyaxa dava baş verib.
A.Heydərov küçəsi ev 26-nın qarşısında Mənzər və Kəmalə adlı şəxslər Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Hümbətova Sima Abbasqulu qızını döyərək xəsarət yetiriblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.
APA
S.Xankişiyeva
484