Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

17:07 - 21 / 10 / 2019
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.

S.Xankişiyeva

 

 

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər