Bu ərazidəki evlər plana düşdü – ÜNVAN | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazidəki evlər plana düşdü – ÜNVAN

10:03 - 21 / 10 / 2019
Bu ərazidəki evlər plana düşdü – ÜNVAN

Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb.

1news.az-ın verdiyi xəbərə görə,bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin binaların istismar müddəti başa çatıb və komissiya tərəfindən istifadəyə yararsız hesab edilib.

Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək.

Məlumatda qeyd edilir ki, yaşayış binaları Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A.Əsədullayev küçəsi, 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D.Pişəvari küçəsi, 13Q və D.Pişəvari küçəsi,15 ünvanındakı binalardır.

S.Xankişiyeva

 

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər