Qapıçı 20-ci saniyədəki hərəkəti ilə Türkiyə futbolunun tarixinə düşdü - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Qapıçı 20-ci saniyədəki hərəkəti ilə Türkiyə futbolunun tarixinə düşdü - VİDEO

16:42 - 22 / 10 / 2019
Qapıçı 20-ci saniyədəki hərəkəti ilə Türkiyə futbolunun tarixinə düşdü - VİDEO

Türkiyə Super Liqasında  9-cu tura yekun vurulub.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, "Konyaspor" - "Yeni Malatyaspor" oyununda maraqlı hadisə baş verib. Meydan sahiblərinin qapıçısı Serkan Kırıntılı 20-ci saniyədə topu cərimə meydançasından kənarda tutduğu üçün qırmızı vərəqə alıb.

34 yaşlı qolkiper Türkiyə futbol tarixində ən erkən qırmızı vərəqə alan futbolçu olub.

"Yeni Malatyaspor" qapıçının səbəb olduğu cərimə zərbəsini 4-cü dəqiqədə qola çevirib. Qonaqlar 53-cü dəqiqədə azlıqda qalan rəqibinə daha bir qol vurub və 2:0 hesablı qələbə qazanıb.

1news.az

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər