Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

NATO-nun mənzil-qərargahında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasina töhfə verən ölkələrin müdafiə nazirləri səviyyəsində iclasda keçiriləcək.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, iclasda iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.
Oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.
Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.
1news.az
1251