“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb

10:00 - 24 / 10 / 2019
“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb

Sosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən “Nar”, “Radio Antenn” 101 FM-lə birgə “Canlı kitab” layihəsinə start verib.

Layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatının seçmə nümunələri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib xüsusi elektron daşıyıcılara  yazılacaq. Eyni zamanda, bu əsərlər “Radio Antenn” 101 FM-in canlı efirində səsləndirilir. Layihənin əsas məqsədi Azərbaycan və dünya ədəbiyyatının ən məşhur simalarının həyatı, əsərləri haqqında maraqlı məlumatlar, həmçinin  əsərlərindən seçmələr verməklə bədii ədəbiyyatı hər kəs üçün əlçatan etməkdir.

Bu layihənin dəstəklənməsinin əsas səbəblərindən biri də görmə məhdudiyyətli insanların mütaliəsi üçün Azərbaycan dilində audio kontentin məhdud olmasıdır. Layihə başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar vasitəsilə kitab oxumaqda çətinlik çəkən şəxslərə paylanması nəzərdə tutulur. Bununla da, görmə məhdudiyyətli insanlar üçün audio kitabxananın əsası qoyulmuş olacaq.

Qeyd edək ki, proqramı həftəiçi beş gün saat 10:00-dan 12:00-dək "Radio Antenn" 101 FM-in yayımında dinləyə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Reklam hüququnda

 

Paylaş:
498

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər