İstirahət günlərində hava necə olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günlərində hava necə olacaq?

16:21 - 25 / 10 / 2019
İstirahət günlərində hava necə olacaq?

Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda  17-22,  dağlıq rayonlarda  12-16 dərəcə isti təşkil edəcək.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında  hava əsasən yağmursuz keçəcək.Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24 dərəcə isti təşkil edəcək.       

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu gündüz 19-22 dərəcə isti təşkil edəcək.

S.Xankişiyeva

 

 

Paylaş:
245

Son xəbərlər

Bütün xəbərlər