Bərdədə baş vermiş bədbəxt hadisə ilə bağlı rəsmi açıqlama – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə baş vermiş bədbəxt hadisə ilə bağlı rəsmi açıqlama – YENİLƏNİB

11:00 - 25 / 10 / 2019
Bərdədə baş vermiş bədbəxt hadisə ilə bağlı rəsmi açıqlama – YENİLƏNİB

Yevlax-Bərdə mənzilində baş vermiş bədbəxt hadisə ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (QSC) açıqlama verib.

QSC-dən 1news.az-a verilən məlumata görə, oktyabrın 24-də saat 23:05 radələrində Yevlax-Bərdə mənzilində xəsarətlə nəticələnən hadisə qeydə alınıb. Teplovoz Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində hərəkətdə olan zaman Ağdam rayonundan olan 1979-cu il təvəllüdlü Mənsurə Fərhad qızı Quliyeva və 1988-ci il təvəllüdlü Kənan Elbrus oğlu Məmmədov qadağan olunmuş yerdən dəmir yolunu keçmək istəyiblər. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb.

Xəsarət alan Mənsurə Quliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

09.56

Bərdədə bədbəxt hadisə baş verib.

"Köhnə bazar" adlanan ərazidən keçən qatar rayonun Alaçadırlı qəsəbəsində yaşayan Quliyeva Mənsurəni vurub.

Hadisə qadının işdən çıxdığı vaxt baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Kənan Elbrus oğlu işdən çıxan qadın qatarın yaxınlaşdığını görüb. Bu zaman oğlanı itələyərək relsin üzərindən kənara atan qadını qatar vurub. Ağdamın Mərzili kəndindən olan yaralı qadın dərhal Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə zamanı onun sol qolu qopub.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo

S.Xankişiyeva

 

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər