İstirahət günü üçün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günü üçün hava proqnozu açıqlanıb

12:30 - 25 / 10 / 2019
İstirahət günü üçün hava proqnozu açıqlanıb

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında  gecə 12-15, gündüz 19-22, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında

Oktyabrın 26-da  hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-24, dağlarda gecə 4-9, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 26-27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və metetoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

S.Xankişiyeva

 

 

Paylaş:
191

Son xəbərlər

Bütün xəbərlər