Gənc güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır | 1news.az | Xəbərlər
İdman

Gənc güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

09:20 - 28 / 10 / 2019
Gənc güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

Oktyabrın 28-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə start verəcək.

Oktyabrın 27-də həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığma komandamızın üzvlərinin rəqibləri müəyyənləşib. Belə ki, Əfqan Xaşalov (57 kq) kubalı Reyneri Andreu Orteqa, Turan Bayramov (65 kq) Kanada güləşçisi Kristofer Morqan Misaak, Davud İbrahimov (70 kq) isveçrəli Mark Dietşe, Abubakr Abakarov (79 kq) isə Qırğızıstan təmsilçisi Atay İzabekov ilə qarşılaşacaq.

1news.az

Paylaş:
682

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər