Prezident İlham Əliyev Saleh Məmmədova: “Rəqəmləri şişirtməyin!” - VİDEO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Saleh Məmmədova: “Rəqəmləri şişirtməyin!” - VİDEO

14:35 - 29 / 10 / 2019
Prezident İlham Əliyev Saleh Məmmədova: “Rəqəmləri şişirtməyin!” - VİDEO

Oktyabrın 28-də Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu rəqəmlərin şişirdəlməsinə görə tənqid edib.

1news.az xəbər verir ki, Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

Dövlət televiziyasında yayımlanan rəsmi kadrlarda Saleh Məmmədov dövlət başçısına məlumat verdi. O, yeni yolun texniki parametrləri haqda, görülən işlər barədə danışdı.

Ərazidə olan başqa yoldan danışanda S.Məmmədov qeyd etdi ki, həmin ərazidə 40-a yaxın yaşayış məntəqəsi var.

Prezident İlham Əliyev onun sözünü kəsərək soruşdu ki, "Qəbələ rayonuna aiddir?"

S.Məmmədov cavab verdi ki, "bəli, qeyd edilən yaşayış məntəqələri Qəbələ rayonuna aiddir". Bu sözlərə cavab olaraq Prezident İlham Əliyev qeyd etdi ki, "Qəbələ rayonunda 60 kənd var". Bu sözlərdən sonra S.Məmmədov dövlət başçısından üzr istədi.

"Mən bilirəm, Qəbələdə nə qədər kənd var. 60. Və 3 qəsəbə, bir şəhər və 60 kənd. Sən də deyirsən ki, 40 kənd. Şişirtmə bu rəqəmləri!" - Prezident İlham Əliyev qeyd edib.

1news.az

Paylaş:
2037

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər