Ümidsiz xəstəliyə düçar olmuş övladın valideynləri üçün yazdığı kömək məktubu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümidsiz xəstəliyə düçar olmuş övladın valideynləri üçün yazdığı kömək məktubu – FOTO

15:27 - 30 / 10 / 2019
Ümidsiz xəstəliyə düçar olmuş övladın valideynləri üçün yazdığı kömək məktubu – FOTO

Redaksiyaya Ülviyyə Abbaszadə adlı xanım müraciət edərək, anasının və ümumilikdə ailəsinin düşdüyü acınacaqlı vəziyyəti bildirdi.  

Belə ki, Ülviyyə redaksiyaya ünvanladığı məktubunda ailə başçılarının, yəni atasının uzun illər qıcolmadan (epilepsiya) əziyyət çəkdiyini, iki il əvvəl isə anasının kəskin leykoz xəstəliyinə düçar olduğunu, qarşılaşdıqları bu çətinliklə əlaqədar evlərini satdıqlarını qeyd edib.

Məktubu olduğu kimi xeyirsevər oxucularımızın diqqətinə çatdırırıq:

“Salam. Bu məktubu özünü böyük bir yükün altında bükülmüş, çox kiçik və köməksiz hiss edən bir qız övladı yazır. Axı övladlar ən çətin anlarında valideynlərinə sığınaraq güc tapırlar. Mən isə ümidsiz xəstəliyə düçar olmuş valideynimə kömək üçün sizlərə yazıram. Əllərimi göyə qaldırıb tək ümidim olan Allahdan kömək istədikdən sonra ağlıma gələn odur ki, ətrafımızda xeyirxah insanlar çoxdur, buna görə də qəlbimdə bir ümid qığılcımı yarandı. Məktubumu gördükdə yardımınızı əsirgəməyəcəyinizə əminəm. Sizdən artıq dərəcədə xahişim odur ki, bu məktubu diqqətlə və axıradək oxuyasınız.

Bildirmək istəyirəm ki, ailəmizə üz vermiş ciddi sağlamlıq problemləri bizi çox çətin duruma salmışdır. Atam ağır "epilepsiya" xəstəsi olduğundan mən və məndən kiçik bacı-qardaşım gözümüzü açandan ailədə daim böyük stress altında böyümüşük. Bu vəziyyət ailəmizə həm maddi, həm də mənəvi çətinliklər yaradıb. Artıq son dövrlərdə atam səhhətindəki problemlər səbəbindən işləyə bilmirdi.

Bu azmış kimi, iki il əvvəl (o zaman 38 yaşında, hazırda 40 yaşı olan) anam Mahmudova Samirə Qədir qızına kəskin "Leykoz" diaqnozu qoyuldu. Xəstəliyin müalicəsi Azərbaycanda mümkün olmadığından (evimizi sataraq əldə etdiyimiz) öz vəsaitimiz hesabına və qohumların dəstəyi ilə Türkiyədə Anadolu Sağlıq Mərkəzində dr.Zafer Gülbaşın müayinələri ilə çox çətinliklərdən keçərək müalicəsinə sümük iliyi köçürülməsilə nail olduq.

2 il remissiya alınsa da, hazırda amansız xəstəlik yenidən baş qaldırıb. Anamın yenidən müalicəsi və yeni donorun köçürülməsi üçün tələb olunan məbləğ 120.000 dollardır. Donorun tapılması böyük xərc və zaman bahasına başa gəlsə də bu məsələdə ALLAHın izniylə bir çarə tapıldı, yəni donor tapıldı. Ailəmizin maddi durumu və daha öncə elə anamın səhhəti ilə əlaqədar məruz qaldığımız böyük xərclər hazırkı çətin duruma düşməyimizə səbəb olduğundan, anamın müalicəsinə maddi imkanımız çatmır, daha heç bir ümid yerimiz yoxdur. Xəstəlik isə günbəgün, bəlkə də saatbasaat irəliləyir.

Hal-hazırda anam Türkiyədə Anadolu Sağlıq mərkəzində donorun köçürülməsindən öncə gərəkli olan kimyaterapiya almaqdadır. Bu sürəc iki həftə davam edəcəkdir. İki həftədən sonra isə donor (ilik) köçürülməlidir. Artıq izah etdiyim kimi iliyin köçürülməsinə maddi durumumuz imkan vermir. Boğazımda düyünlənən qəhər sanki məni boğur. Anası ölüm pəncəsində olan çarəsiz bir övlad kimi sizdən rica edirəm, sizə yalvarıram bizim bu çarəsiz durumdan çıxmağımıza, ailəmizin sütunu olan anamızın bizimlə qalmasına köməklik göstərəsiniz. Anamın müalicəsi üçün sizlərin dəstəyinizə ehtiyacımız var, son ümidimiz yalnız sizlərsiniz.

Ailəmizi dağılmağa qoymayın, mərhəmətinizi bu 3 uşaqdan, cavan və gözəl anamdan əsirgəməyin. Edəcəyiniz yardımın məbləğindən asılı olmayaraq, göstərəcəyiniz dəstək anamın yaşaması üçün bitmək üzrə olan ümidimizə ümid qatacaqdır. Allahın mərhəməti də daim sizlərin üzərində olsun...

Anamın 2 il öncəki analiz sənədlərini də, hazırkı sonuncu analiz sənədlərini də mailə əlavə edirəm”.

Ülviyyə Abbaszadə (qızı)

Əlaqə: 051-940-75-10

Sonda xeyirsevər insanlara üz tutaraq əllərindən gələn dəstəyi əsirgəməməyi xahiş edirik.

Necə deyərlər, əl tutmaq Əlidən (imam) qalıb.

S.Xankişiyeva

Paylaş:
1419

Son xəbərlər

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb - SİYAHIBu gün, 13:22Bəzi bölgələrdə yağış yağacaq, sel və daşqın olacaq - XƏBƏRDARLIQBu gün, 13:19Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyən edilib - SİYAHIBu gün, 13:13Mayın ilk günü hava necə olacaq? - PROQNOZBu gün, 13:04Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri müəyyən olunubBu gün, 11:59Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirirBu gün, 11:50Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 11:35Bakıda iki avtomobilin yarışı nəticəsində yaranan zəncirvari qəzanın görüntüləri - VİDEOBu gün, 11:21İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOBu gün, 11:00Nyu-York birjasında təbii qazın qiyməti artıbBu gün, 10:50Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölübBu gün, 10:46İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edibBu gün, 10:33Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:27Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 10:12
Bütün xəbərlər