Tanınmış hüquqşünas Günel Səfərova sədr seçildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış hüquqşünas Günel Səfərova sədr seçildi

11:06 - 30 / 10 / 2019
Tanınmış hüquqşünas Günel Səfərova sədr seçildi

Tanınmış hüquqşünas Günel Səfərova “Vətəndaş” İctimai Birliyinin 5 il müddətinə sədri seçilib. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Xəbəri Qaynarinfo.az-a təsdiq edən Günel Səfərova bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi demokratik dəyərlərin yayılmasına, ictimai həyatın müxtəlif sahələrində vətəndaş təşəbbüskarlığının artmasına, ictimai rəyin formalaşmasına, elmi və praktiki tədqiqatların, monitorinqlərin, sorğuların həyata keçirilməsinə yardım etmək, cəmiyyətin sosial, iqtisadi və mədəni-humanitar inkişafına töhfə verməkdən ibarətdir.

Günel Səfərova qeyd edib ki, təşkilatın əsas vəzifələri müxtəlif problemləri tədqiq etmək yolu ilə onun həllinə ictimai diqqəti cəlb etmək, cəmiyyəti narahat edən məsələlərin həllinə yardım üçün vətəndaş cəmiyyəti, media və dövlət qurumlarının birgə fəaliyyətinə nail olmaq, sosial, ictimai-siyasi, iqtisadi, təhsil, səhiyyə, idman, elm və texnologiya, media, hüquq, ekoloji, aqrar, mədəni-humanitar və digər sahələrdə geniş spektrli tədqiqatlar aparmaq, demokratik proseslər sahəsində tədqiqatları, fikir plüralizminin dərinləşməsini və sosial cəhətdən əhəmiyyətli olan təşəbbüsləri müdafiə etmək, insan hüquq və azadlıqları üzrə maarifləndirmə və monitorinqin aparılması, korrupsiyaya qarşı mübarizədə ictimaiyyəti maarifləndirməklə səfərbər etmək, miqrasiya və demoqrafiya proseslərini öyrənmək, qaçqın və məcburi köçkünlərin, müxtəlif aztəminatlı əhali qruplarının problemlərini araşdırmaq, gənclərin intellektual inkişafını və innovativ təşəbbüslərini təşviq etmək, ailə, qadın və uşaqların sosial və mənəvi inkişafına dair araşdırmalar aparmaq, onlara sosial, mənəvi, hüquqi və psixoloji yardım göstərmək, gender bərabərliyini araşdırmaq və təbliğ etmək; mədəni və etnik müxtəlifliyin, milli-mənəvi və dini dəyərlərin qorunmasını təşviq etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbliğat kampaniyasına dəstək verməkdir.

G.Səfərova vurğulayıb ki, Nizamnamə ilə nəzərdə tutulmuş vəzifələri həyata keşirmək üçün Birlik araşdırmalar, monitorinqlər aparacaq, hər növ sosioloji sorğular keçirəcək, sosial iş və korporativ sosial məsuliyyət layihələrini həyata keçirəcək.

Xatırladaq ki, Günel Səfərova QHT sektorunda uzun müddətdir fəaliyyət göstərir. Sədr olana qədər "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru olub. G.Səfərova 2017-ci ilin may ayından Azərbaycan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür.

1news.az

Paylaş:
2573

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər