Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü olub

11:30 - 30 / 10 / 2019
Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü olub

Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında görüş keçirilib.

Report-un məlumatına görə, Müdafiə nazirləri iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyi ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 29-da Bakıya gəlib.

S.Xankişiyeva

 

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər