Noyabr ayına olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabr ayına olan hava proqnozu açıqlanıb

13:12 - 31 / 10 / 2019
Noyabr ayına olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayına olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, küləkli, yağıntılı keçəcəyi gözlənilir.

Birinci ongünlüyün ikinci yarısında və ikinci ongünlüyün bəzi günlərində hava temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, hava şəraitinin nisbətən mülayim keçəcəyi gözlənilir.

Qeyri-sabit, güclü küləkli hava şəraiti isə üçüncü ongünlükdə ehtimal olunur.  Ayın son günlərində havanın temperaturu iqlim normasından bir qədər aşağı enəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 9-14, bəzi günlərdə 6 dərəcəyədək isti, gündüzlər 14-19, bəzi günlərdə 10-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.  

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 28-38 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 5-10 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 13-18, bəzi günlərdə 8-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər  8-13, bəzi günlərdə 0-5 dərəcə isti) gözlənilir ki, bu da iqlim normasına yaxındır. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (27-34 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 8-10 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-3, gündüzlər 14-19, bəzi günlərdə 8-12 dərəcə isti) gözlənilir ki, bu da iqlim norması yaxındır.

 Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-24 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərda dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 5-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 29-73 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun  9-12 dərəcə isti (gecələr  8-13, bəzi günlərdə 0-4, gündüzlər 15-20, bəzi günlərdə 8-13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 25-45 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr  7-12, bəzi günlərdə 2-4 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 14-19, bəzi günlərdə 7-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 55-170 mm) gözlənilir.

Babək Cahandarov

Paylaş:
767

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər