Lavrov Ermənistan müdafiə nazirinin "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatına münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Lavrov Ermənistan müdafiə nazirinin "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatına münasibət bildirib

15:09 - 31 / 10 / 2019
Lavrov Ermənistan müdafiə nazirinin "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatına münasibət bildirib

Bu kimi bəyanatlar yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan işə kömək etmir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremmingerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında Ermənistan müdafiə naziri David Tonoyanın "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatı ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, hər iki tərəfdən səslənən emosional bəyanatlar işə kömək etmir: "Mövqeləri yaxınlaşdırmaq və güzəşt əldə etmək üçün həmsədrlərin davamlı səyləri lazımdır".

APA

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər