Yevlax Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Yevlax Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib

15:57 - 31 / 10 / 2019
Yevlax Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Prezident İlham Əliyev A.A.Tağıyevin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Həmçinin dövlət başçısının imzaladığı digər sərəncamla Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

S.Xankişiyeva

 

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər