Birinci vitse-prezident 64 saylı körpələr evi-uşaq bağçasında olub – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Birinci vitse-prezident 64 saylı körpələr evi-uşaq bağçasında olub – FOTO

17:06 - 31 / 10 / 2019
Birinci vitse-prezident 64 saylı körpələr evi-uşaq bağçasında olub – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verilib.

Bildirilib ki, körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir.

Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət edib.

Qeyd edilib ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyətində yelləncəklər qurulub.

S.Xankişiyeva

Paylaş:
1167

Son xəbərlər

Bütün xəbərlər