“Apple” şirkəti “AirPods Pro”-nu təqdim edib - QİYMƏTİ | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Apple” şirkəti “AirPods Pro”-nu təqdim edib - QİYMƏTİ

13:34 - 01 / 11 / 2019
“Apple” şirkəti “AirPods Pro”-nu təqdim edib - QİYMƏTİ

Heç bir təqdimat tədbiri keçirtmədən Apple şirkəti dünən növbəti naqilsiz qulaqlıq modeli olan AirPods Pro modelini təqdim etdi. AirPods Pro modeli tamamilə yeni dizayna, kənar səslərin boğulması özəlliyinə və səsin emal olunması üçün nəzərdə tutulmuş xüsusi alqoritmlərə sahibdir.

1news.az technote.az-a istinadən bildirir ki, əvvəlki modellər ilə müqayisədə AirPods Pro modeli ölçü baxımdan bir qədər böyükdür. Qulaqlığın komplektində hər bir qulaqlıq üçün nəzərdə tutulmuş 3 müxtəlif ölçüdə yumşaq başlıq var. Həmin başlıqlardan hər birini istifadə edən zaman qulaqlıq avtomatik olaraq səsin səviyyəsini təyin edir. Yeni ventilyasiya sistemi isə qulaq kanalının daxili və xarici təzyiqini balanslaşdırır.

AirPods Pro həmçinin IPX4 standartı üzrə sudan qorunma özəlliyini də özündə birləşdirir. Yeni qulaqlıq modeli fonda olan səsləri aktiv şəkildə boğur. Bu vasitə ilə istifadəçi öz diqqətini dinlədiyi musiqiyə yönəldə bilər. Hər bir qulaqlıq iki mikrofon ilə təchiz olunub. Onlardan biri ətrafdakı səsləri analiz edir, digəri isə qulaq kanalına tərəf yönləndirilib və qulaq daxilində qalmış əlavə səsləri təyin edir. AirPods Pro-da Transparency Mode adlı rejim reallaşdırılıb. Onun sayəsində eyni anda həm musiqiyə həm də ətraf səslərə qulaq asmaq olar.

Fon səslərinin aktiv şəkildə boğulması ilə Transparency Mode rejimləri arasındakı keçid isə qulaqlığın gövdəsində olan sensor vasitəsilə reallaşdırılır. Toxunuşa daha həssas olmuş həmin sensorlar vasitəsilə həmçinin musiqiləri dəyişmək, zənglərə cavab vermək və ya həmin zəngləri ləğv etmək olar. AirPods Pro modeli H1 prosessoru əsasında hazırlanıb. Bu prosessor qulaqlıın bütün sistemlərindən cavabdehdir. AirPods Pro bir dəfə şarj olunandan sonra 5 saat adi rejimdə, 4.5 saat fon səslərinin aktiv boğulması rejimində, 3.5 isə telefon danışıqları rejimində çalışa bilir.

Qulaqlıqlar üçün nəzərdə tutulmuş keys isə AirPods Pro-nun çalışma müddətini 24 saata yüksəldir. AirPods Pro 30 oktyabr tarixində satışa çıxacaq. ABŞ-da o, 250$-a, Avropada isə 280 avroya satılacaq. Maraqlısı ondadıdır ki, yeni qulaqlığın Apple cihazlarında çalışması üçün həmin cihazların əməliyyat sistemləri ən son versiyada olmalıdırlar: iOS 13.2, iPadOS 13.2, watchOS 6.1, tvOS 13.2, macOS Catalina 10.15.1.

1news.az

Paylaş:
556

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər