Samir Nuriyev: Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm | 1news.az | Xəbərlər
Cəmiyyət

Samir Nuriyev: Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm

1news Redaksiyası16:20 - 01 / 11 / 2019
Samir Nuriyev: Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm

“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilən Samir Nuriyev Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

S.Nuriyev ona göstərilən bu yüksək etimada görə Prezidentə öz dərin minnətdarlığını bildirib: “Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

S.Xankişiyeva

 

Paylaş:
963

Son xəbərlər

Bütün xəbərlər