Bakıya 458 yeni lift gətirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya 458 yeni lift gətirilib – FOTO

09:49 - 01 / 11 / 2019
Bakıya 458 yeni lift gətirilib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən  bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.

Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi, Almaniyanın Wittur Holding GMBH şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkət və kompaniyalarının rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamətdə gələcəkdə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.

Təqdimat mərasimində əvvəlcə Wittur Holding GMBH şirkətinin Global satış şöbəsinin rəhbəri Ahmet Örs, Marketing Direktoru Gerd Imbusch, dıgər rəsmi şəxslər şirkət, onun məhsulları, biznes tərəfdaşları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdikləri layihələr barədə məlumat vermiş, video-çarx nümayiş etdirilib.

Şirkətin Bakı şəhərində həyata keçirdiyi layihə müzakirə olunub, Bakıda yeni liftlərin quraşdırılmasının vəziyyəti və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə Şəhər “Lifttəmir” İstehsalat Birliyinin rəhbəri Xalid Ələkbərov,  şirkətin marketinq direktoru Gerd Imbusch və Avropa satış şöbəsinin rəhbəri Ralph Hunter ətraflı məlumat veriblər.

Bildirilib ki, imzalanmış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. İlk işlər pilot layihəsi kimi Nizami rayonunda başlanıb, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib. Hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətirilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları  tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.

“Lifttəmir” İstehsalat Birliyi tərəfindən  eyni zamanda istismar müddəti bitməyən liftlərin də təmir işləri aparılır. Liftlərə texniki xidmət göstərilməsi işlərini daha da yaxşılaşdırılması üçün vahid dispetçer məntəqəsi yaradılır, işçi personalın texniki biliklərinin artırılması üçün əlavə işlər görülür.

KİV nümayəndələrinə yeni quraşdırılmış liftlərin texniki göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Yeni liftlər müasir elektron sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı YPS sistemi mövcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlifbası ilə işarələnib.

Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdirilməsi gələn ildə də davam etdiriləcək və yeni liftlər alınaraq istismar müddəti ötən digər liftlərin də dəyişdirilməsi aparılacaq.

S.Xankişiyeva

Paylaş:
787

Son xəbərlər

Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb - SİYAHIBu gün, 13:22Bəzi bölgələrdə yağış yağacaq, sel və daşqın olacaq - XƏBƏRDARLIQBu gün, 13:19
Bütün xəbərlər