İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti bərpa edilib | 1news.az | Xəbərlər
Siyasət

İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti bərpa edilib

12:00 - 01 / 11 / 2019
İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti bərpa edilib

İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti bərpa edilib.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, İsrailin dünyadakı digər səfirlikləri kimi, Azərbaycandakı səfirliyi də bu gündən fəaliyyətini bərpa edib.

Qeyd olunub ki, İsrail Xarici İşlər və Maliyyə nazirlikləri arasında müzakirələr davam edəcək.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirliyi də daxil olmaqla, dünyadakı digər səfirlikləri bir neçə gün əvvəl tətil elan ediblər. Belə ki, bu ilin 21 iyulunda İsrail Maliyyə Nazirliyinin Baş direktoru tərəfindən imzalanan və on illiklərdir ki, mövcud olan protokolu dəyişdirən birtərəfli prosedurun tətbiq edilməsi səbəbindən diplomatik nümayəndəliklər müvəqqəti bağlanılıb. 

İsrailin Kiyev, Toronto, Paris və Moskvadakı səfirlikləri, Sankt-Peterburqdakı konsulluğu da tətil elan edib. Hazırda İsrailin dünyanın 69 ölkəsində səfirliyi, 23 konsulluğu və beş xüsusi nümayəndəliyi var. İsrail hökuməti Xarici İşlər Nazirliyinin büdcəsini azaldaraq onlar üçün ildə təxminən 367 milyon dollar ayrılması barədə qərar qəbul edib.

S.Xankişiyeva

 

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər