Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksində ABŞ və Almaniyanı qabaqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksində ABŞ və Almaniyanı qabaqlayıb

14:31 - 04 / 11 / 2019
Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksində ABŞ və Almaniyanı qabaqlayıb

Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksində ABŞ və Almaniyanı qabaqlayıb.

Bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal rəqabətlilik hesabatı”nda deyilir.

Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksi 70,8-ə bərabər olub.

Azərbaycan bu indeksdə ABŞ (69,2) , Almaniya (65,3), Estoniya (60,9), Norveç (57,6) və İsveç (49,3) kimi ölkələri qabaqlayaraq 141 ölkə arasında 11-ci yerdə qərarlaşıb.

Reytinqdə 1-ci yerdə 96 indekslə Yaponiya yer alıb.

S.Xankişiyeva

 

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər