Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

14:46 - 05 / 11 / 2019
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

Bakının Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

1news.az-ın Bakı Nəqliyyat Agentliyinə istinadən verdiyi xəbərə görə, 3 nömrəli marşrut Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə işləyəcək.

31 nömrəli marşrut isə “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi, daha sonra öz xətti üzrə hərəkət edəcək.

1news.az

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər