AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirib – FOTO

16:01 - 07 / 11 / 2019
AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirib – FOTO

7 noyabr tarixində Azərbaycanın milli aviadaşıyıcısının uçuş heyətinin ənənəvi ümumi yığıncağı keçirilmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, AZAL prezidenti Cahangir Əsgərov iclası açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə mülki aviasiyaya göstərdiyi diqqət və qayğını vurğulamışdır. Bunun sayəsində mülki aviasiya Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilmişdir.

Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycanın milli aviadaşıyıcısı həyata keçirdiyi etibarlı, səmərəli və rahat sərnişin daşımaları ilə beynəlxalq nüfuz qazanmışdır. Ölkəmiz sonuncu Dünya İqtisadi Forumunun 2019-cu il üçün “Qlobal rəqabət qabiliyyəti” hesabatına görə, Fransa, Almaniya, İngiltərə, Avstriyanı və digər inkişaf etmiş ölkələri qabaqlayaraq Hava Nəqliyyatının Səmərəliliyi İndeksində 141 ölkə arasında 12-ci yeri tutmuşdur.

AZAL prezidenti uçuş heyətinə göstərdikləri yüksək peşəkarlıq və mülki aviasiyanın inkişafına verdikləri töhfə üçün təşəkkürünü bildirmişdir.

“Ümumilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi mülki aviasiyanın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təmin edilməsidir. Pilotlarımız bu tapşırığı yüksək səviyyədə yerinə yetirirlər və bu gün onları haqlı olaraq dünyanın ən peşəkar pilotlarından hesab edirlər" –  Cahangir Əsgərov qeyd etmişdir.

Tədbir uçuşların təhlükəsizliyinin artırılması, müasir təyyarələrin istismarı, yeni texnologiyaların tətbiqi, uçuş heyətinin kvalifikasiyasının artırılması və s. kimi mövzuların müzakirəsi ilə davam etdirilmişdir.

AZAL prezidenti fərqlənmiş pilotları mükafatlandırmış, onlara xatirə hədiyyələr təqdim etmişdir.

S.Xankişiyeva

 

Paylaş:
835

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər