KOB könüllüləri işlə təmin edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOB könüllüləri işlə təmin edilib

10:09 - 08 / 11 / 2019
KOB könüllüləri işlə təmin edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllülük fəaliyyətini uğurla başa vurmuş daha 5 “KOB könüllüsü” müxtəlif sahələrdə əmək fəaliyyətinə başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, Agentliyin “KOB Dostu”nun Qəbələ-Oğuz ofisində fəaliyyət göstərən 4 könüllü Qəbələdə, Şamaxı “KOB Dostu”nun könüllüsü isə Ağsuda müvafiq işlə təmin edilib.

Məlumat üçün bildirək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi üçün Agentlikdə "KOB Könüllüləri Proqramı" həyata keçirilir. Hazırda 25 gənc Agentlikdə və ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu" şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir.

Onların əksəriyyəti iqtisadiyyat, biznes, idarəetmə sahəsində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərdir. Ümumilikdə indiyədək 70-ə yaxın gənc "KOB Könüllüləri Proqramı" çərçivəsində Agentlikdə könüllü fəaliyyətinə cəlb edilib. Onlardan 45-i proqramı uğurla başa vuraraq məzun olub. Könüllülük fəaliyyəti müddətində gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar.

S.Xankişiyeva

Paylaş:
577

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər