Bakıda dünyanın ən böyük natiqlik yarışmasının Azərbaycan üzrə final tədbiri keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda dünyanın ən böyük natiqlik yarışmasının Azərbaycan üzrə final tədbiri keçiriləcək

15:17 - 12 / 11 / 2019
Bakıda dünyanın ən böyük natiqlik yarışmasının Azərbaycan üzrə final tədbiri keçiriləcək

Dünyanın 54 ölkəsində keçirilən yarışma sonuncu ilində dünya üzrə 1 milyondan çox gənci əhatə etmişdir.

1news.az-ın verdiyi xəbərə görə, 100 ildən artıq təcrübəyə malik Britaniyanın ESU “The English-Speaking Union” təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilən yarışmanın məqsədi 16-20 yaşlı şagird və tələbələrin ingilis dilinin artırılması və onların natiqlik, təqdimat bacarıqları, liderlik, ünsiyyət, analitik və yaradıcı düşünmə kimi bacarıqlarının inkişaf etdirilməsidir.

“Azerbaijan Public Speaking Competition” (APSC) dünyanın ən böyük natiqlik yarışmasının tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, Azərbaycanda yarışmanın qalibi olan tələbə və şagirdlər Azərbaycanı dünyanın ən böyük yarışmasında təmsil etmək üçün hər il 1 həftəlik Londona səyahət edirlər.

Yarışmanın sonuncu qalibi, Bakı Mühəndislik Universitetinin tələbəsi Adil Qafarlı Londonda 54 ölkədən olan qaliblərlə birlikdə yarışmış və "International Public Speaking Competition 2019" yarışmasında fərqlənmə diplomu qazanmışdır. 

Qeyd edək ki, layihə “Mentora College” şirkətinin sponsorluğu, “1News” İnformasiya Agentliyinin media dəstəyi ilə “Global Brands” şirkəti tərəfindən həyata keçirilir.

Tədbir 1 dekabr, bazar günü saat 16.00-da “YARAT” Müasir İncəsənət Mərkəzində baş tutacaq. Final tədbirində müxtəlif təhsil və tədris müəssələrindən, ictimai və özəl sektordan olan 160 nəfərin iştirakı gözlənilir. Tədbirdə iştirak ödənişsizdir və hərkəs iştirak edə bilər.

Tədbirdə iştirak üçün qeydiyyat vacibdir.

Qeydiyyat: https://bit.ly/2VFMwvE

Məlumat üçün zəng & WhatsApp: 070 433 87 80

1news.az

Paylaş:
839

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər