Bestcomp Group CISCO tərəfindən “Azərbaycanda İlin Partnyor Şirkəti” seçilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bestcomp Group CISCO tərəfindən “Azərbaycanda İlin Partnyor Şirkəti” seçilib

10:00 - 12 / 11 / 2019
Bestcomp Group CISCO tərəfindən “Azərbaycanda İlin Partnyor Şirkəti” seçilib

Noyabrın 4-dən 7-dək ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş, dünyanın çoxlu sayda ölkəsindən 4 mindən çox iştirakçının qatıldığı “CISCO Partner Summit” tədbirində “Bestcomp Group” şirkəti 2019-cu ilin “Azerbaijan Enterprise Partner of the Year” mükafatı ilə təltif edilib.

Mükafat CISCO-nun Avropa üzrə vitse-prezidenti Odysseas Çaralambousun, RMDB üzrə vitse-prezidenti Jonathan Sparrou və MDB ölkələri üzrə partnyor menecer Sergey Kravçukun iştirakı ilə keçirilən mükafatlandırma mərasimində BestComp Group şirkətinin Müşahidə Şurasının sədri Rauf Həsənova təqdim olunub. Xüsusilə qeyd edilib ki, Bestcomp Group bu mükafata Azərbaycanda dövlət və özəl sektorda həyata keçirilən ölkəmiqyaslı böyük layihələrdə uğurlu iştirakına görə layiq görülüb.

Rauf Həsənov CISCO şirkətinin dünya IT bazarının liderlərindən biri olmasını qeyd edərək, Bescomp Group şirkətinin CISCO tərəfindən təltifinin məhz ABŞ-da baş verməsini şirkət tarixində əlamətdar hadisə hesab edir. O bildirmişdi ki, son illər Azərbaycanda rəqəmsal transformasiya dövlət və özəl qurumları tərəfindən geniş miqyasda tətbiq edilir və bu sahədə CISCO ən uğurlu şirkətlərdən biridir. Bestcomp Group CISCO şirkətinin “Premier Partnyor”u olaraq son illər ölkəmizdə həyata keçirilən MPLS və magistral nəqliyyat şəbəkələrinin quraşdırılması (DWDM texnologiyası üzrə) kimi mürəkkəb layihələr daxil olmaqla, çoxlu sayda data mərkəz, telekommunikasiya, informasiya təhlükəsizliyi, çağrı mərkəzləri kimi böyük layihələrin tətbiqində uğurla iştirak edir. Rauf Həsənov Bestcomp Group-da CISCO şirkətinin müəyyən etdiyi ixtisas səviyyəsi göstəricisi olan CCİE, CCNP, CCDA, CCNA, ASAAM sertifikatlarını qazanmış mütəxəssislərin çalışdığını və bunun sayəsində geniş miqyaslı İT layihələrin həyata keçirildiyini vurğulamışdı. Daha sonra o demişdir:

“CISCO tərəfindən verilən bu qiymət bizi çox sevindirir. Bu bizim şirkətin ABŞ-da təltif edildiyi ilk hadisə deyil. 2017-ci ildə BestComp Group ABŞ-ın Çikaqo şəhərində Cənubi Şərqi Avropada 24 ölkə arasında HP İnc. şirkətinin “HP Partner of the Year” mükafatına layiq görülmüşdür. Əlbəttə ki, bütün bunlara ölkəmizdə İT sahəsində gedən böyük müsbət dəyişikliklər zəmin yaratmışdır. Bu səbəbdən böyük məmuniyyətlə bizi etibarlı tərəfdaş hesab edən dövlət və özəl qurumlardan olan sifarişçilərə, ümumiyyətlə, bütün tərəfdaşlarımıza və bizimlə çalışanlara minnətdarlığımızı bildirirəm”.

Reklam hüququnda

 

Paylaş:
809

Son xəbərlər

Azad olunmuş ərazilərdə turizm zonalarının minalardan təmizlənməsinə başlanacaqBu gün, 13:32Elman Rüstəmov: Mərkəzi Bankın valyuta hərraclarında satış artıbBu gün, 13:27“Buta Airways” mayda Xarkova uçuşlara başlayır, Kiyevə uçuşların sayını isə artırırBu gün, 13:16Şənbə gününün hava proqnozu açıqlanıbBu gün, 13:08Kunio Mikuriya “Dostluq” ordeni ilə təltif edilibBu gün, 13:03Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MNBu gün, 13:00Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması üçün iş aparılırBu gün, 12:58Dövlət Agentliyi: Məşğulluqla bağlı yeni proqram hazırlanırBu gün, 12:55AMB uçot dərəcəsini yüksəldibBu gün, 12:52COVID-19 xəstələri ilə işin təşkili mövzusunda vebinar keçirilib - FOTOBu gün, 12:46Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı veribBu gün, 12:40Prezident Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib - FOTO - YENİLƏNİBBu gün, 12:37Bakıda ahıl kişinin başına daşla vuraraq pulunu aldılar - FOTOBu gün, 12:34İlham Əliyev: Münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıbBu gün, 12:25Zakir Sultanov 11 il azadlıqdan məhrum edildiBu gün, 12:09Lənkəran sakinlərindən qanunsuz silahlar götürülübBu gün, 11:56Ağdamda ANAMA-nın minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb - FOTOBu gün, 11:44Dünya birjalarında neftin bu günə olan qiymətiBu gün, 11:28Ölkədə ən çox yağıntı bu ərazilərə düşüb – FAKTİKİ HAVABu gün, 11:23Daha bir məktəbdə biabırçılıq: Sinfi dağıdır, müəllimi qovurlar - VİDEOBu gün, 11:20
Bütün xəbərlər

Next TV