Milli Məclis 2020-ci ilin dövlət büdcəsi layihəsini müzakirə edir | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis 2020-ci ilin dövlət büdcəsi layihəsini müzakirə edir

12:22 - 12 / 11 / 2019
Milli Məclis 2020-ci ilin dövlət büdcəsi layihəsini müzakirə edir

Noyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

1news.az-ın verdiyi xəbərə görə, iclasda “Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri müzakirə olunur.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və hökumətin üzvləri iclasda iştirak edirlər.

İclası Milli Məclisin sədri Oqtay Əsədov açaraq gündəliyi təqdim edib. İclasın gündəliyinə 11 məsələ daxildir.

S.Xankişiyeva

 

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər