Pantomima Teatrı dekabr repertuarını açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pantomima Teatrı dekabr repertuarını açıqlayıb

16:54 - 15 / 11 / 2019
Pantomima Teatrı dekabr repertuarını açıqlayıb

Pantomima Teatrı dekabr ayı üçün nəzərdə tutulan repertuar planını açıqlayıb.

1news.az-ın məlumatına görə, sənət ocağının yaradıcı kollektivi gələn ay da maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.

Belə ki, sənət ocağının repertuarında xüsusi yer tutan “Ağ bığlılar” dekabrın 1-də, “Dejavü” dekabrın 7-də və “Adagio” isə dekabrın 8-də təqdim ediləcək.

Həmçinin sənət ocağının səhnəsində dekabrın 14-də “Qoca və Mələk”, 15-də “Katarsis”, 21-də “Underground”, 22-də “6+1 nömrəli palata”, 28-də “Kişilər və qadınlar”, 29-da isə “İt gəzdirən xanım” tamaşaları göstəriləcək.

Səhnə əsərləri bir qayda olaraq saat 18:00-da teatrsevərlərin ixtiyarına veriləcək.

1news.az

 

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər