Məşhur futbolçu məşqçiliyə başladı | 1news.az | Xəbərlər
Futbol

Məşhur futbolçu məşqçiliyə başladı

17:10 - 18 / 11 / 2019
Məşhur futbolçu məşqçiliyə başladı

"Bavariya"nın sabiq futbolçusu Aryen Robben yenidən futbola qayıdıb.

1news.az matc.az-a istinadən xəbər verir ki, ötən mövsümün sonunda futbolçu karyerasını bitirən hollandiyalı məşqçiliyə başlayıb.

O, "Qryunvald" klubunda məşqçiliyin sirlərini öyrənməklə məşğuldu. Robben 7-8 yaşlı uşaqlardan ibarət komandaya rəhbərlik edir. Hansı ki, həmin komandada öz oğlu Kay, həmçinin Frank Riberinin oğlu və Karl-Hayns Rumenniggenin nəvəsi də çıxış edir.

Qeyd edək ki, Aryen Robben 2003-2017-ci illərdə Hollandiya yığmasının formasını geyinib.

1news.az

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər