Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb

17:31 - 18 / 11 / 2019
Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb

İsveçrənin ən nüfuzlu təşkilatlarından biri kimi 78 min şirkəti özündə birləşdirən İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyətinin mətbuat orqanı olan “Erfolg” (Müvəffəqiyyət) qəzeti son buraxılışında Azərbaycana geniş yer ayırmışdır.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, əsasən cəmiyyətə üzv bütün şirkətlər arasında paylanılmaqla yanaşı İsveçrənin siyasi və işgüzar dairələri tərəfindən də maraqla izlənilən bu qəzetin “Müsahibə” bölməsində adətən İsveçrə siyasətinin və biznes dünyasının tanınmış nümayəndələri ilə müsahibələr yer alır. Xarici ölkələrin rəsmiləri ilə müsahibələrə olduqca nadir hallarda yer verilir və belə hallardan biri kimi, “Müsahibə” bölməsinin bu dəfəki qonağı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov olmuşdur.

Nazir müsahibədə Azərbaycanın tranzit potensialı, nəqliyyat-logistika imkanları, əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətlərinin genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanın təşəbbüsü ilə başlanılan qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün də nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə mühüm töhfə verməkdə davam edir.

Nazir qeyd etmişdir ki, İsveçrə şirkətləri Azərbaycanın nəqliyyat-tranzit, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından yararlana bilər. Eyni zamanda bu istiqamətdə həyata keçirilən infrastruktur layihələrində iştirak edə bilər.

Nazir öz müsahibəsində vurğulamışdır ki, prioritet sahələrdən biri də İsveçrədən ölkəmizə daha çox turist axınının təşkili istiqamətində səylərin davam etdirilməsidir. Müsahibədə Azərbaycanın turizm imkanlarından geniş söz açılmış, 2018-ci ilin oktyabr ayından etibarən Bakı-Cenevrə-Bakı birbaşa reysinin açılmasının, viza rejiminin sadələşdirilməsinin və ölkəmizdə turizm sahəsində xidmətin keyfiyyətinin artmasının İsveçrədən ölkəmizə gələn turistlərin sayının çoxalmasında mühüm rol oynadığı qeyd edilmişdir.

Azərbaycanın İsveçrə ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyini qeyd edən nazir qeyd etmişdir ki, Azərbaycan və İsveçrə qədim tarixə və mədəniyyətə malik ölkələrdir və hər iki ölkədə qarşılıqlı olaraq keçiriləcək tədbirlər xalqların bir-biri haqqında daha çox məlumat almasına, bir-birinin tarixinə, mədəniyyətinə və adət ənənələrinə daha da yaxından bələd olmasına xidmət edəcəkdir.

S.Xankişiyeva

 

Paylaş:
284

Son xəbərlər

Şuşaya səfər edən diaspor üzvü: 28 il öncə bu yerləri ayaqyalın tərk etmişəm – FOTOBu gün, 17:58KXDR və Cənubi Koreya arasında birbaşa rabitə xətti bərpa edilibBu gün, 17:50Bakıda axtarışda olan şəxs özünü partladıb, üç polis xəsarət alıb – YENİLƏNİBBu gün, 17:41Təhsil tələbə kreditlərinin verilməsi Qaydası təsdiqləndiBu gün, 17:28Peskov türkcə danışığı ilə təəccübləndirdi - VİDEOBu gün, 17:15Tovuzda ata oğlunu zəncirlə ağaca bağlayaraq döyübBu gün, 17:02COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlayıbBu gün, 17:00Azərbaycan-Serbiya biznes forumu keçirilibBu gün, 16:38Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrini qəbul edib - FOTO - YENİLƏNİBBu gün, 16:21Mustafa Şentop: “İnanırıq ki, Ermənistan imzaladığı anlaşmanın şərtlərini yerinə yetirəcək”Bu gün, 16:16Oklahoma ştatının qubernatoru Zəngilana səfər edəcəkBu gün, 16:05Əsəd Qeysər: “Pakistan bayrağının Azərbaycan və Türkiyə bayraqları ilə birlikdə dalğalanması bizim üçün xoşdur”Bu gün, 16:00Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Bakı Bəyannaməsini imzalayıbBu gün, 15:53Kəlbəcərin Günəşli kəndi - VİDEOBu gün, 15:49İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib – FOTO – YENİLƏNİBBu gün, 15:45Sahibə Qafarova: Türkiyə və Pakistan hər zaman Azərbaycana dəstək veribBu gün, 15:43COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlanıbBu gün, 15:37Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında üçtərəfli əməkdaşlıq platforması yaradılırBu gün, 15:30Son sutkada COVID-19 əleyhinə 68 020 vaksin vurulubBu gün, 15:20Azərbaycanda koronavirusa yoluxanların sayı artdı: 468 nəfərBu gün, 15:15
Bütün xəbərlər

Next TV