Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb

Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən 1news.az-a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.
“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”, - deyə QSC-dən bildirilib.
S.Xankişiyeva
520