İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib – FOTO

11:48 - 19 / 11 / 2019
İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib – FOTO

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışı olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı Sabunçu-Pirşağı xəttinin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verdi.

Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla “Zabrat-2” stansiyasına yola düşdü.

Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var.

Prezident İlham Əliyev “Zabrat-2” stansiyasına gəldi. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb.

Sonra dövlətimizin başçısı “Zabrat-2” stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşdü.

Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyevə burada “Defektoskop” infrastruktur-diaqnostika kompleksi barədə məlumat verildi.

Dövlətimizin başçısı burada bir qrup dəmiryolçu ilə görüşdü, son illərdə Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlərdən danışdı.

Sonra dövlətimizin başçısı metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşdü, onlarla söhbət etdi.

Daha sonra Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış oldu.

S.Xankişiyeva

Paylaş:
597

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər