Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir - FOTO

13:56 - 20 / 11 / 2019
Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir - FOTO

Noyabrın 20-də Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov iclasda iştirak edir.

İclas iştirakçıları MDB məkanında regional təhlükəsizliyin təmin olunması, Təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik və strateji sabitliyə dair mövzuları və digər məsələləri müzakirə edirlər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iclasın açılışında çıxış edərək bildirib ki, iştirakçılar MDB məkanında təhlükəsizliyin təmin olunması məqsədilə mövcud problemlərin həllinə birgə yanaşmaları işləyib hazırlayacaqlar.

1news.az

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər