Sumqayıtda bir qrup şəxsə Prezidentin fərdi təqaüdü veriləcək – SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Sumqayıtda bir qrup şəxsə Prezidentin fərdi təqaüdü veriləcək – SƏRƏNCAM

16:35 - 21 / 11 / 2019
Sumqayıtda bir qrup şəxsə Prezidentin fərdi təqaüdü veriləcək – SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Babayeva Ofelya Hacıməmməd qızı

Quliyev Təbrik Müzəffər oğlu

Maxsudov Maxsudəli Abbas oğlu

Şəfiyev Əşrəf Cavad oğlu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

S.Xankişiyeva

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər