“Azərbaycan Dəmir Yolları” QSC: Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC: Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb

12:35 - 22 / 11 / 2019
“Azərbaycan Dəmir Yolları” QSC: Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb

Bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində nasazlıq yaranıb.

1news.az-ın verdiyi xəbərə görə, “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin yaydığı açıqlamada bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında  23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir.

“Azərbaycan Dəmir Yolları” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.

S.Xankişiyeva

 

 

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər