Ələt azad iqtisadi zonasının vəzifələrini müvəqqəti idarəetmə qurumu həyata keçirəcək | 1news.az | Xəbərlər
Rəsmi

Ələt azad iqtisadi zonasının vəzifələrini müvəqqəti idarəetmə qurumu həyata keçirəcək

17:08 - 25 / 11 / 2019
Ələt azad iqtisadi zonasının vəzifələrini müvəqqəti idarəetmə qurumu həyata keçirəcək

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1180) aşağıdakı məzmunda 32-ci maddə əlavə edilir:

“Maddə 32. Keçid müddəası

Bu Qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.”.

S.Xankişiyeva

 

Paylaş:
1071

Son xəbərlər

Bütün xəbərlər