AFFA “Qarabağ”ı cərimələyib | 1news.az | Xəbərlər
Futbol

AFFA “Qarabağ”ı cərimələyib

13:39 - 26 / 11 / 2019
AFFA “Qarabağ”ı cərimələyib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

1news.az-ın verdiyi xəbərə görə, qurum "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə 3 oyunluq cəza verib. Buna səbəb oyunçunun "Sumqayıt"a uduzduqları (1:2) matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə almasıdır. Gənc yarımmüdafiəçi bu səbəbdən Ağdam təmsilçisini 2400 manat ziyana da salıb.

Həmin görüşdə "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

S.Xankişiyeva

 

Paylaş:
630

Son xəbərlər

Bütün xəbərlər