Və yenidən Pepsi – azərbaycanlıların sevimli içkisi – FOTO – VİDEO

Nəticələr 53% əhalinin yenidən bu içkiyə üstünlük verdiyini göstərib.
Artıq iki ildir ki, Dad testi yarışması Azərbaycan əhalisinin hansı içkiyə üstünlük verdiyini təyin etmək üçün keçirilir.
Builki “Pepsi Taste Challenge” Dad testi yarışması ənənəvi olaraq Pepsi şirkəti tərəfindən keçirildi və təqdim olunan iki fərqli kola içkisi arasından iştirakçıların hansına üstünlük verdiyi müəyyənləşdirildi. Yarışmanın nəticələrinə əsasən, ən sevilən içki yenidən məhz Pepsi içkisi seçildi.
Dad testində ümumilikdə 26 min insan iştirak edib və azərbaycanlıların 53 %-i məhz əfsanəvi Pepsi içkisinə üstünlük verdiklərini bəyan ediblər. Sorğunun qaydaları dəyişilməz olaraq qalıb: iştirakçılara iki kola içkisi təqdim olunub və onlar brendlərin adlarını bilmədən (blind taste) bu iki içki arasında sevdikləri içkini dadaraq təyin ediblər.
25 iyundan 18 avqust tarixinə qədər ölkəmizdə ikinci dəfə keçirilmiş “Pepsi Taste Challenge” Dad testi yarışması bir daha sübut etdi ki, ölkəmizin əhalisi Pepsi içkisinin unudulmaz və retro dadını seçir və sevərək içir.
Qeyd edək ki, “Pepsi Taste Challenge” tanınmış marketinq tanıtım aksiyası 1975-ci ildən baş tutur. Məqsəd əhali arasında Pepsi və digər ikinci kola içkisi arasında dad fərqini test etməkdir. “Pepsi Taste Challenge” çox uğurlu bir layihəyə çevrilərək, Türkiyə, Polşa, Rusiya kimi bir çox ölkələrdə keçirilməyə başladı. Yarışma 2017-ci ildə MDB məkanına da daxil oldu.
Keçirilən dad testinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan əhalisinin ən sevimli və üstünlük verdiyi içkisi məhz Pepsi içkisidir.
Reklam hüququnda