Dəm qazından zəhərlənən tələbə qızlar xəstəxanadan evə buraxılıblar – YENİLƏNİB

Bakıda dəm qazından zəhərlənən tələbələr evə buraxılıblar.
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ehtimalı ilə gətirilən Xəzər Universitetinin 6 tələbəsinə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
09.09
Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: "Çağırış saat 4:47-də daxil olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri mənzildə baş verib".
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.
S.Xankişiyeva