Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün CTF2019 müsabiqəsi başladı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün CTF2019 müsabiqəsi başladı – FOTO

10:00 - 26 / 11 / 2019
Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün CTF2019 müsabiqəsi başladı – FOTO

Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər arasında bənzərsiz bir yarış olan CTF2019 başladı.

Komandalar və fərdi iştirakçılar üçün müsabiqəyə qeydiyyat www.ctf.az saytında açıqdır. Artıq üçüncü ildir ki, təşkil olunan yarışma çərçivəsində ölkənin hər yerindən olan kibertəhlükəsizlik üzrə mütəxəssislər bir araya gələrək güclərini sınayacaqlar. CTF formatı, kompüter sistemlərinə hücum və müdafiə sahəsində mütəxəssislərin bacarıqlarını qiymətləndirməyə imkan verir.

İştirakçılara veb və binar tətbiqetmələrdə zəifliklərin istismarı, kriptoqrafiya, tərs mühəndislik və s. mövzularda tapşırıqların həllini onlayn rejimdə tapmaq təklif ediləcəkdir. Bu il yarışma əlavə müsabiqə tapşırıqlar hesabına genişlənəcəkdir.

İnformasiya təhlükəsizliyi sahəsində hazırlıq dərəcəsindən asılı olmayaraq, maraqlanan bütün mütəxəssislər iştiraka dəvət edilir.

Müsabiqənin yekun nəticəsi qaliblərinin mükafatlandırılması günündə yəni dekabrın 14-də master-klass və seminar proqramı olacadır. Müstəqil ekspertlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində ən iri şirkətlərinin aparıcı əməkdaşları iştirakçılar və qonaqların qarşısında çıxış edəcəklər. Tədbir nəinki ölkədə olan ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi və qeyd edilməsinə yardım edəcəkdir, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyi olacaqdır.

Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az ) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru  ) şirkətləridir.

Müsabiqənin gümüş tərəfdaşı BAKOTECH (https://bakotech.com) şirkətidir.

Müsabiqənin bürünc tərəfdaşı GULFSTREAM DISTRIBUTION (www.gulfstream.az) şirkətidir

Müsabiqəyə rəsmi dəstəyi Elektron Təhlükəsizlik Mərkəzi CERT (www.cert.az) göstərir.

CTF Azərbaycanın vacib tarixləri:

  • Müsabiqə iştirakçılarının qeydiyyatı noyabrın 26-dan start götürmüş və dekabrın 6-dək müsabiqənin saytında www.ctf.az davam edəcəkdir.
  • 27 noyabr və 2 dekabr tarixləri arası ilkin tapşırıqların yerləşdirilməsi
  • Müsabiqə günü, dekabrın 7 saat 11:00-dan 23:00-dək - onlayn-yarışların keçirilməsi və tapşırıqların əsas silsiləsi yerləşdirilir.
  • Dekabrın 14-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir. İlk üç yeri tutan qaliblər açıqalanacqdır. Mərasim çərçivəsində həmçinin informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin üçün master-klass və seminar keçiriləcəkdir.

Müsabiqənin mükafat fondu 6000 AZN ekvivalentində müəyyən edilib. Yarışların nəticələrinə əsasən, ümumi hesabda ilk üç yeri tutan qaliblər mükafatlandırılacaqdır.

CTF2019 bütün maraqlanan tərəfləri tədbiri dəstəkləməyə dəvət edir.

Əlaqə telefonu + 994 12 3103335.

Reklam hüququnda

 

Paylaş:
718

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər