İlham Əliyev Slovakiyanın Xarici və Avropa İşləri nazirini qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Slovakiyanın Xarici və Avropa İşləri nazirini qəbul edib – FOTO – YENİLƏNİB

15:04 - 28 / 11 / 2019
İlham Əliyev Slovakiyanın Xarici və Avropa İşləri nazirini qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadıq. Əminəm ki, səfəriniz çox səmərəli və uğurlu olacaq. Əlbəttə ki, biz ikitərəfli əməkdaşlığımızla bağlı məsələləri əhatə edəcəyik və həmçinin ATƏT-in sədri kimi bizim ənənəvi gündəliyimiz var. Əminəm ki, səfər əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, hazırda əlaqələrimiz yeni, çox fəal mərhələyə qədəm qoyur. Nisbətən bu yaxınlarda biz burada Baş Nazirlə görüşdük və tərəfdaşlığımızı inkişaf etdirməklə bağlı çox yaxşı söhbətimiz oldu, fikir mübadiləsi apardıq.

Bizim uğurla əməkdaşlıq edə biləcəyimiz çoxsaylı məsələlər var. Sözsüz ki, biz yaxşı siyasi əlaqələrə malikik. Lakin biz hələ də çox aşağı olan ticarət dövriyyəmizin artması üzərində diqqəti cəmləşdirməli və bunu etmək üçün yollar axtarmalıyıq. Zənnimcə, yollardan biri biznes dairələrimiz arasında daha fəal qarşılıqlı əlaqə ola bilər. Bəlkə də müəyyən mərhələdə biz potensialımızı təqdim etmək üçün birgə biznes forum, bəzi başqa tədbirlər təşkil edə bilərik. Çünki ticarət dövriyyəmizin aşağı olmasının səbəblərindən biri məlumat çatışmazlığıdır. Bizim daha çox ünsiyyətimiz, potensialla bağlı daha çox məlumatımız olsa, əminəm ki, bunun müsbət təsiri olacaq.

Əlbəttə, düşünürəm ki, ölkələri birləşdirən layihələrlə bağlı məsələlər maraq kəsb edə bilər. Bildiyiniz kimi, hazırda Azərbaycan nəqliyyat sahəsində körpülərin yaradılması ilə fəal məşğul olur. Biz artıq öz dəmir yolu sistemimizin Gürcüstan və Türkiyə vasitəsilə Avropa və Xəzər hövzəsi ətrafında olan tərəfdaşlarımızla birləşdirilməsi sahəsində çox yaxşı uğur qazanmışıq. Biz artıq Çindən və Mərkəzi Asiya ölkələrindən yükləri qəbul etməyə, tranzit daşımalara başlamışıq və onun həcmi artır. Ona görə də düşünürəm ki, biz yük daşımalarının artmasına birgə necə töhfə verəcəyimizlə bağlı nəqliyyat rəsmiləri arasında məsləhətləşmələrə başlaya bilərik.

Sözsüz ki, enerji təhlükəsizliyi avropalı tərəfdaşlarla əməkdaşlığın ənənəvi mövzusudur. Biz bütün əsas transmilli enerji layihələrimizi uğurla həyata keçirmişik və çox tezliklə - bir neçə günə bizim təbii qaz fiziki olaraq artıq Avropa İttifaqının sərhədində olacaq. Bu, bir sıra ölkələr və həmçinin Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq sayəsində əldə olunmuş çox nəzərəçarpan nailiyyətdir. Bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurasını keçirir. Biz artıq 5 iclas keçirmişik. Növbəti iclas gələn ilin fevralında keçiriləcək. Əməkdaşlığın bu formatı çox səmərəlidir.

Əlbəttə ki, tərəfdaşlığımızla əlaqədar bir çox başqa məsələlər də var. Viza rejiminin liberallaşdırılması sayəsində indi Slovakiyadan gələnlər Azərbaycana asan giriş əldə edirlər. Eşidəndə ki, siz ölkəmizdə səfirlik açırsınız, çox şad oldum. Bu, çox müsbət göstəricidir. Mən, həmçinin öz komandamıza eyni istiqamətdə hərəkətə başlamaq tapşırığını vermişəm. Beləliklə, bizim də təqdımatımız olacaq və bu, əlbəttə ki, əməkdaşlıq üçün daha çox imkanların tapılmasına kömək edəcək.

ATƏT məsələlərinə gəldikdə, sözsüz ki, münaqişə regionun böyük problemidir, region üçün böyük təhlükədir. Əfsuslar ki, hesab edirəm, bu il əldən verilmiş fürsətlər ili olmuşdur. Bunun başvermə səbəbi isə Ermənistanın beynəlxalq hüququn normalarına əməl etmək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələri icra etmək istəməməsi ilə bağlıdır. Bu il ölkə başçıları səviyyəsində, həmçinin Xarici İşlər nazirləri səviyyəsində danışıqların bir neçə mərhələsi olmuşdur. Növbəti görüş tezliklə sizin ölkənizdə olacaqdır. Ümid edirik ki, növbəti il daha məhsuldar olacaq. Çünki münaqişənin ən tez müddətdə həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir. Lakin bu məsələdə hər hansı bir irəliləyişə nail olmaq üçün yerlərdə praktiki addımlar atılmalıdır. Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır. Əlbəttə, biz bir çox başqa məsələləri də müzakirə edəcəyik, lakin düşünürəm ki, başlanğıc üçün bu qədər yetər.

xxx

Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav LAYÇAK dedi:

-Çox sağ olun, cənab Prezident. Bakıya yenidən gəlmək məndə böyük məmnunluq hissi oyadır. Məni və nümayəndə heyətimizi qəbul etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm.

Böyük sevinc hissi ilə demək istəyirəm ki, mənim Bakıda keçirəcəyim vaxtın ən önəmli hissəsi burada Slovakiya səfirliyinin açılışı olacaqdır. Bununla biz vədimizi yerinə yetiririk və ikitərəfli münasibətlərimizdə yeni mərhələnin açılışını edirik. Fakt ondan ibarətdir ki, biz ölkənizin böyük potensialına bələdik. Artıq neçə ildir heç bir şübhəmiz yox idi ki, burada təmsilçiliyimiz olmalıdır. Nəhayət, zəruri resursları tapa bildik və bu gündən etibarən biz rəsmi olaraq burada olacağıq. Mən bizim ən təcrübəli səfirlərimizdən biri olan və adı mənim adıma çox oxşayan Layçakı bura göndərmişəm.

xxx

Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçak Azərbaycanın regiondakı strateji mövqeyini çox yüksək qiymətləndirdiklərini bildirdi.

Görüşdə Azərbaycan-Slovakiya hökumətlərarası birgə əməkdaşlıq komissiyasının yaradılması, kənd təsərrüfatı, əczaçılıq, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

13:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.

 

Paylaş:
501

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər